11:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən 0.1 faiz azalaraq 34.1% təşkil edib.

Teleqraf.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 65.2%-i (9,034.8 milyon manat) milli valyutada, 34.8%-i (4,825.1 milyon manat) xarici valyutadadır.

Fiziki şəxslərin müddətli əmanətləri noyabr ayında 0.7% və ya 56.6 milyon manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 15,833.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.2%-ni təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər