24 Dekabr 13:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) 2024-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi.

Teleqraf.com xəbər verir ki, konfransda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev mərkəzin 2024-cü ildə fəal iş apardığını bildirdi.

Daha sonra BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayeva Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirlərinin aktuallığına, bunun sülh prosesinə mümkün töhfələrinə toxundu.

BMTM-in şöbə müdiri Cavid Vəliyev cari ildə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzləri və akademik institutları ilə aparılan işlərə, Azərbaycanın Türkiyə ilə münasibətlərinin hazırkı vəziyyəti və Türk Dövlətləri Təşkilatı ilə getdikcə intensivləşən təmaslar barədə çıxış etdi.

BMTM-in şöbə müdiri Vasif Hüseynov Azərbaycan- Avropa İttifaqı əlaqələri istiqamətində BMTM tərəfindən irəli sürülən təşəbbüslər, avropalı tərəfdaşlarla aparılan işlər barədə məlumat verdi və cari ildə təşkilatla ölkəmiz arasındakı münasibətlərin ümumi xarakteristikasını təqdim etdi.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər