11:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Quba şəhərində müraciət edən şəxsləri qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, qəbul Ombudsmanın Şimal Regional Mərkəzində saat 10:00-da (Quba şəhəri, Yusif Qasımov küçəsi 68 ünvanında) keçiriləcək. Qəbula Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri müraciət edə bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər