11:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 50 milyard 164,6 milyon manat təşkil edib.

Teleqraf.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 8,6 % çoxdur.

Bankların aktivlərinin 25 milyard 766,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,8 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 46,6 %-dən 51,4 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,7 % artaraq 43 milyard 662,6 milyon manata çatıb. Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.6%-i və ya 35,192 milyon manat. Depozit portfelinin 60.6%-i (21,332.1 milyon manat) hüquqi şəxslərin, 39.4%-i (13,859.9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 14,5 dəfə azalaraq 3,5 milyon manat olub.

Sektorun balans kapitalı isə 8,1 % artaraq 6 milyard 502 milyon manat təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər