25 Dekabr 12:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu iln noyabrında bankların kredit portfeli 1.1% və ya 287.6 mln. manat artaraq 27 milyadr 368 milyon manat olub. Nəzərə alsaq ki, oktyabrda bankların kredit portfeli 1,4% və ya 374,6 milyon manat artmışdı, ötən ay kreditləşmədə azalma baş verib.

Teleqraf.com xəbər verir ki, kredit portfelinin strukturunda əsas yeri biznes kreditləri tutub – 53.9%.

Biznes sektoruna 14 milyard 746.7 milyon manat kredit verilib. İstehlak kreditlərinin həcmi isə – 30.8% artıb. Ev təsərrüfatlarına 8 milyard 422 milyon manat kredit verilib.

Ötən ay bankların verdiyi kreditlərin 15,3%-i ipoteka kreditlərinin payına düşüb.

Hesabat dövründə problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 16.8 milyon manat artaraq 496.6 milyon manata yüksəlib. Bu ilin əvvəlinə nisbətən artım 13.4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12.8% olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər