25 Dekabr 12:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

Paylaşımda deyilir:

"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər