25 Dekabr 11:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Teleqraf.com xəbər verir ki, ötən ay ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 dəfə artıb.

2024-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6939 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 5978 mln. manatı elektron ticarətin payına düşüb.

Qalan məbləğin 957 mln. manatı POS-terminallar, 3.2 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə reallaşdırılıb.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64%-ni təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər