25 Dekabr 12:50
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Artur Lastayev ilə əlaqə saxlayıb, “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı lazımi zəruri tədbirlərin görülməsi üçün məsələnin diqqətdə saxlanılmasını xahiş edib.

Teleqraf.com xəbər verir ki, birbaşa fasiləsiz təmasın yaradılması məqsədilə Qazaxıstan və Azərbaycan Ombudsman təsisatlarının əməkdaşlarından ibarət işçi qrupu yaradılmaqla, zəruri məlumatların bölüşülməsi təmin olunub.

Hadisə ilə bağlı məsələlər diqqətdə saxlanılır, ictimaiyyətə əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər