14 Yanvar 11:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalı “Deutschlandfunk”da yanvarın 12-də Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu veriliş yayımlanıb. Materialın əsas süjeti bədnam azərbaycanfob Tessa Hofmanla müsahibə əsasında qurulub.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyantda yer alıb.

Bəyantada, həmçinin qeyd olunur: "Verilişdə guya 1990-cı ildə Azərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddia edilmiş və keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyi konsepsiyasına uyğun təqdim edilmişdir. Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə də olsun söz açılmır. Eyni şəkildə, 1987-91-ci illərdə Ermənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalması və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsininüzərində sükutla keçilir. Kanalın irqi ayrı-seçkiliyə əsaslanan, nifrət dolu verilişlər yayımlayaraq, regionda gərginlik yaratmaq əvəzinə Ermənistanın irqçilik siyasətini, o cümlədən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdə etdiyi və azərbaycanlılara qarşı etnik təmizləməni dövlət siyasəti olduğunu təsdiq edən və bu günlərdə ortaya çıxmış məlum çıxışını pisləməlidir. Qərbi Azərbaycan İcması olaraq, biz “Deutschlandfunk” ictimai radio kanalının yol vermiş olduğu irqi ayrı-seçkiliyi qınayır və radio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçü götürməyə çağırırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər