14 Yanvar 14:52
226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, başsağlığında deyilir:
"Zati-aliləri.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması xəbəri məni və Kraliça Raca Zarit Sofianı dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bu çətin zamanda düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş insanlarladır. Eyni zamanda, yaralananların tezliklə sağalmalarını arzu edirik.

Qoy Azərbaycan xalqının gücü və birliyi ona bu ağrı-acılı günlərdə kömək olsun!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər