Qərbi azərbaycanlılar Ermənistan hökumətindən təzminat almayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğunun nəticələrində bildirilir.
Məlumata görə, respondentlərin 98.5%-i heç bir kompensasiya almadıqlarını bildirib. Onlardan 1.5%-i rəy bildirməkdə çətinlik çəkib.
STM-in sorğununun nəticələrinə əsasən, 160 mindən çox azərbaycanlının Ermənistan hökumətindən təzminat alması iddialarının saxta olması sübut olunub.
Sorğular 2025-ci ilin 9–12 yanvar tarixlərində, 1000 nəfər Qərbi azərbaycanlı arasında keçirilib.