07:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Milli Məclisin yaz sessiyası başlayır.

Teleqraf.com xəbər verir ki, yaz sessiyasının fevralın 3-də keçiriləcək ilk iclasının gündəliyində 16 məsələ var.

Qanunverici orqanın daxili nizamnaməsinə əsasən, sessiyaya fevralın 1-də start verilir və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü başlayır.

Parlamentin sessiyasının ilk iclasında Hesablayıcı Komissiya və İntizam Komissiyası formalaşdırılacaq.

Bundan başqa, sessiya ərzində həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin, seçki hüququ olan 40 min vatandaşın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır. Həmçinin İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Milli Məclis qarşısında illik məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Yanvarın ayının 15-dən fevralın 1-dək parlamentin komitə iclasları keçirilir.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər