Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Hindistana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, o bu barədə teleqram kanalında bildirib.
“Həmkarlarımla Hindistana səfər etməyi planlaşdırıram. Səyahət əslində keçən ilin dekabrında baş tutmalı idi, lakin COVID-ə görə təxirə salınmalı oldu”, - deyə Volodin bildirib.
O əlavə edib ki, bu gün Yeni Dehliyə gedəcək və sabah mühüm görüşlər, danışıqlar olacaq.
Dövlət Dumasının sədri Hindistanı da Rusiyanın strateji tərəfdaşı adlandırıb. Onun sözlərinə görə, ölkələri çoxillik etimad münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir.