7 Avqust 2020 11:57
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

190 manat birdəfəlik müavinətin əsas kriteriyaları müəyyənləşdirilib. Ödəniş iş yeri bağlanmış, gəlirini itirmiş günəmuzd işləyən şəxslərə verilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunan bugünkü mətbuat konfransında deyib:

"Eyni zamanda aztəminatlı şəxslərə də bu müavinət verilir. Qəbul olunan qaydalarda aztəminatlılıq meyarı göstərilib. Hazırda 13 şəhər və rayon üzrə 278 min insana müavinət ödənilir. 600 min insanın yoxlanılması zaman aparılan proses bu gün də davam etməkdədir".

Nazir qeyd edib ki, proqramdan kənar qalan şəxslər üçün ictimai işlər üzrə vakansiyalar açılıb: "Aztəminatlılıq meyarına uyğun olaraq bu şəxslər üçün minimum əmək haqqı ilə işlər təklif olunur. Yox, əgər şəxsin ali təhsili varsa, o zaman onun üçün 478 min vakansiya var ki, onlar təklif olunur. Dövlət sosial öhdəliyini 190 manat müəyyənləşdirib. Bu məbləğin kifayət etmədiyi şəxslərə isə ictimai işlər təklif edilir".


Müəllif: Aysel Azad