“Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının 42 məzunundan 27 nəfəri ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb”.
Bu barədə Teleqraf.com-a məktəbin direktoru Nizami Əhmədov deyib.
Onun sözlərinə görə, bu il məktəbdən 42 məzun olub: "Onlardan 17 nəfər təbiət elmləri təmayüllü sinifdən, 25 nəfər isə texniki təmayüllü sinifin şagirdləri olub. Ümumilikdə 27 nəfər 600-dən yüksək bal toplayıb. Hər il qəbul olunanların sayı artır. Keçən il orta qəbul olunanlar 551 bal olub. Bu ilə orta bal artıq 592 bal olub. Ötən illərdə Bu il 700 bal toplayan şagirdlər var idi, amma bu il 700 bal toplayan şagirdimiz yoxdur”.
Nizami Əhmədov bildirib ki, ilk dəfədir ki, bir sinifdən 100 % qəbul olub.
İlhamə ƏBÜLFƏT