1 Avqust 2016 14:26
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında əmr imzalayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əmrin məqsədi dövlət ümumi təhsil müəssisələrinin I, II, III, IV, V, VII, IX sinifləri üçün yeni çap olunan 261 adda 6623135 nüsxə dərslik və müəllim üçün metodik vəsaitlərin istifadəçilərə çatdırılmasının, eləcə də I-XI sinif şagirdlərinin bütün dərsliklərlə təminatının səmərəli təşkilini və bu sahədə nizam-intizamı təmin etməkdir.

Əmrə əsasən, Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən 5 avqust tarixədək təhvil verilən dərslik və müəllim üçün metodik vəsaitlərin Təhsil Nazirliyinin bölgüsü əsasında Naxçıvan MR Təhsil Nazirliyinə, bütün şəhər (rayon) təhsil idarələrinə (şöbələrinə), nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinə avqustun 15-dək çatdırılmasını təmin etməlidir.

Naxçıvan MR Təhsil Nazirliyinə və bütün şəhər təhsil idarələrinə tapşırılıb ki, Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən yerlərə çatdırılmış dərslik və müəllim üçün metodik vəsaitlərin təhvil-təslim məsələlərinin operativ həllini, uçotunu və təhsil müəssisələri üzrə bölgüsünün hazırlanmasını, qəbul edilmiş dərslik və müəllim üçün metodik vəsaitlərin alındığı tarixdən 10 təqvim günü müddətində yerli təhsil müəssisələrinə çatdırılmasını, ümumtəhsil müəssisələrində dərslik və müəllim üçün metodik vəsaitlərin kitabxana fonduna daxil edilməsini və idarə olunmasını həyata keçirilməsini, 1 sentyabr tarixinədək dərsliklərin şagirdlərə çatdırılmasını, ümumtəhsil müəssisələrində yarana biləcək dərslik və müəllim üçün metodik vəsaitlərin çatışmazlığını digər yerli təhsil müəssisələri hesabına ödənilməsini, bununla bağlı sənədləşmə işlərini, yerli ümumtəhsil müəssisələrində dərslik və müəllim üçün metodik vəsaitlərin təminatı ilə bağlı yekun vəziyyəti və əsaslandırılmış əlavə tələbatı əks etdirən müraciəti 5 sentyabr tarixinədək [email protected] elektron ünvanına göndərilməsini təmin etsinlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər