“Respublika Klinik Xəstəxanasında ölüm faiz çox aşağıdır. Hər 1000 nəfərdən 4-ü ölür”.
Bunu jurnalistlərə açıqlamasında Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov deyib.
Baş həkim il ərzində insanların xəstəxanaya hansı xəstəliklərlə bağlı müraciət etdiyi barədə də, məlumat verib: “İl ərzində Xəstəxanamıza daha çox ürək-damar, mədə-bağırsaq xəstəliklərilə bağlı müraciət edilir. Hamilə qadınlarda böyrək xəstəliyi ilə bağlı müraciətlər son illər daha da artıb. Məsələn, 5il bundan əvvəl Azərbaycanda 500 nəfər dialez xəstəsi müalicə alırdısa, indi 3000-dən çox dialez xəstəsi müalicə alır. Təkcə, onların 130 nəfəri bizim xəstəxanada müalicə alır”.
Telman İbadov qeyd edib ki, Respublika Klinik Xəstəxanasında kadr çatışmazlığı yoxdur.
İlhamə ƏBÜLFƏT