Təhsil naziri Mikayıl Cabbarov müəllim, şagird və valideynləri 15 sentyabr - “Bilik günü” münasibətilə təbrik edib.
Teleqraf.com-un məlumatına görə, yeni tədris ilinin ən böyük dəyərlərimizdən biri olan – müstəqillik tariximizin 25-ci ilinə təsadüf etdiyi vurğulanan təbrik mətnində qeyd edilir ki, hər bir xalqın inkişafının ən böyük zirvəsi müstəqil dövlətə malik olmaqdır:
"Bu tarix həm də müstəqil ölkəmizin maarif, mədəniyyət tarixidir. Bu tarixdə yüz minlərlə şagird ilk dəfə məktəbə qədəm qoyub, məzun olub, tələbə adını qazanıb, əmək bazarında peşəkar vərdişlərini və ən əsası vətəndaş kimliyini təsdiq edib.
Yeni əsrin ən böyük dəyəri biliyini bacarığa çevirə biləcək insandır. O bilik ki, bu gün daha əlyetəndir, daha nisbidir. Biz bu bilikdən nə qədər pay alarıqsa, o qədər güclü ola bilərik".
Nazirin sözlərinə görə, təhsilin ən dayanıqlı bünövrəsi, məktəb-valideyn, məktəb-müəllim, məktəb-şagird üçbucağı olarsa, uğur da davamlı olacaq.
İlhamə Əbülfət