6 Oktyabr 2016 11:15
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni tədris ilində atılan ən uğurlu addımlardan biri də məktəbəqədər hazırlıq qruplarının açılmasıdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Təhsil Nazirliyində keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, yeni tədris ilində ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb: “2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır”.

Cəsarət Valehov bildirib ki, tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq “ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib: “Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasında reallaşdırılan layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Ənənəvi olaraq həmişə peşə təhsili müəssisələrinə zəif oxuyan şagirdlərin qəbul olduğunu xatırladan sektor müdiri deyib ki, bu il qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər