Gömrük Məcəlləsinə dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, bu haqda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Ziyad Səmədzadə deyib ki, Gömrük Məcəlləsinə bir sıra dəyişikliklər təklif edilir: “Vətəndaşların rahatlığını təmin etmək, malların yoxlanılmasında "bir pəncərə" sisteminin tətbiqi, bütün istiqamətlərdə gömrük fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, ticarətin dəstəklənməsi üçün bir sıra işlər görülür. Gömrük Məcəlləsinin 13.1 maddəsi əlavə olunur. Bunun mahiyyətində malların və nəqliyyat vasitələrinin buraxılış sistemlərinin tətbiq edilməsi durur. 42 maddə də yeni redaksiyada verilir. Bu, gömrük orqanlarının elektron məlumatlarının işlənməsini özündə ehtiva edir. Hesab edirəm ki, bu dəyişiklik ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək".
Nemət