“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Teleqraf.com-a bildirib ki, yanvarın 20-də səhər saatlarından metronun “20 Yanvar” stansiyasında qərənfillərdən ibarət kompozisiya olacaq:
“Stansiyada matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da stansiyalarda hərəkət dayanacaq, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək və qatarlar fit verəcək”.
Nəsimi Paşayevin sözlərinə görə, gün ərzində bütün stansiyalarda qərənfillər düzüləcək və matəm musiqiləri səsləndiriləcək.
İlhamə ƏBÜLFƏT