21 Yanvar 2017 14:19
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə sakini Dilarə Xəlilova Gəncə şəhər Mərkəzi Klinikasında qəribə problemlə qarşılaşıb.

Bu barədə o, Teleqraf.com-a o özü məlumat verib.

Dilarə Xəlilovanın sözlərinə görə,16 sentyabr 2016-cı il tarixində Gəncə şəhər Mərkəzi Klinikasında qeysəriyyə əməliyyatı ilə normal sağlamlıqda qız övladı dünyaya gətirib:

"3 gün stasionar nəzarətdə olduqdan sonra ayın 19-da evə buraxılışıma icazə verdilər. Klinikadan çıxan zaman mənə peyvənd kartının arasında sənədə tikilmiş halda uşağımın qeydiyyatı yazılmış qol bandını verdilər.

Sentyabrın 27-də Gəncə şəhər Mərkəzi Klinikanın uşaq həkimi Mina Qocayeva bizə zəng vuraraq Tərtərə çağırışa gəldiklərini, ordan da Bərdəyə uşağı müayinə məqsədli gələcəklərini söylədi. Atam pediatr olduğu üçün buna etiraz etdim və lazım olmadığını söylədim. Buna baxmayaraq israr etdilər və bir az keçdikdən sonra uşaq həkimləri Mina Qocayeva, Aysel Hacıyeva və tibb bacısı bizə gəldilər.

Mina Qocayeva məndən qeydiyyat aparacağını söyləyib peyvənd kartımı istədi. Kartın arasından sənədə tikilmiş halda olan qeydiyyat qol bandını götürüb Aysel Hacıyevanın çantasına qoydu və bunun artıq lazım olmadığını söylədi. Qol bandınıda götürüb getdilər".

Ananın sözlərinə gör, noyabrın 10-da peyvənd vurdurmaq bəhanəsiylə uşaq həkimi Mina Qocayeva yenidən ona zəng vurub: "Biz yenə etiraz etdik ki, peyvənd iynəsini özümüz Bərdədə vurduracağıq. Mina Qocayeva yenə israr etdik ki, bizdə doğulan uşaqlar barədə hesabat veririk, peyvənd mütləq klinikada vurulmalıdı. Sonra təklif etdilər ki, istəyirsinizsə heç ana getməsin, aparıb özümüz vurdurub gətirərik. Təbii ki, biz bunla razılaşmadıq.

Bir az sonra uşaq həkimi Aysel həkim və tibb bacısı şəxsi maşınla bizə gəldilər. Bacımla mən onlarla getdik. Palataya təzə daxil olmusdum ki, məndən bir gün qabaq yəni 15 sentyabr 2016-cı il tarixində qeysəriyyə əməliyyatı olan və mənimlə eyni palatada yatan Lalə Məmmədova qucağında uşağı və qaynanasıyla otağa daxil oldu. Lalə öz uşağını kənara qoyub mənim uşağımla maraqlandı və məndən şəkilini çəkmək üçün icazə istədi.

Peyvənd vurulduqdan sonra bizi üç saat ayrı otaqda gözlətdilər. Nəhayət, evə gətirdilər. Noyabrın 2-də axşam tərəfi saat 7-8 aralarında atam işdən evə gəldi. Bizə müayinə məqsədlə klinikadan həkimlərin gələcəyini söylədi. Bir az sonra baş həkim Şamil Bədəlov, uşaq həkimi Aysel Hacıyeva və tibb bacısı bizə gəldilər. Məndən və uşağımdan qan alıb getdilər.

Onlar getdikdən sonra xəbərtutdum ki, guya mənim övladım 15 sentyabr 2016-cı il tarixində əməliyyat olmuş Lalə Məmmədovanın övladıyla dəyişik düşüb. Bu dəyişiklik 18 oktyabr 2016-cı tarixində, yəni Lalə xəstəxanadan çıxan gün düşüb. Mən Şamil həkimə zəng vuraraq etirazımı bildirdim ki, bu, mümkün deyil.

Fotogörüntülərlə sübut etdim ki, 16.09.2016 tarixində yanıma gətirilən uşaq mənim evimdədir. Məndən xəbərsiz DNK analizinə qan göndərilməsin. O isə artıq analizə qan göndərildiyini söylədi".

“Qafqazinfo” məsələ ilə bağlı mərkəzin baş həkimi Şamil Bədəlovla əlaqə saxlayıb. O, bu haqda danışmayacağını bildirib və açıqlama almaq üçün xəstəxananın hüquqşünası Ramin adlı şəxslə danışmağı məsləhət bilib.

Xatırladaq ki, Gəncə Müalicə Diaqnostika Mərkəzinin doğuşu həyata keçirən həkimləri - Aysel Hacıyeva və Mina Qocayeva isə deyiblər ki, bu məsələ ilə bağlı işdən çıxarılıblar.


Müəllif:

Oxşar xəbərlər