“Xocalı soyqırımı ilə bağlı cinayət işi Hərbi Prokurorluğun icraatındadır. 4 istiqamətdə istintaq aparılır”.
“Report”un xəbərinə görə, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin mühüm işlər üzrə böyük
müstəntiqi Ülvi Əhmədov deyib.
O qeyd edib ki, Xocalının işğalı ilə Azərbaycana 523 milyon dollar dəyərində ziyan dəyib.
Ü.Əhmədov bildirib ki, indiyədək 7500 istintaq hərəkəti aparılıb.