"Qarabağ” Xocalı faciəsi qurbanlarını yad edib.
Teleqraf.cop-un klubun saytına istinadən yaydığı xəbərə görə, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl hər il olduğu kimi bu faciənin qurbanlarını yad etmək üçün klubunun bazasını ziyarət edib. Görüş faciədə şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad edilməklə başlayıb. Daha sonra Gözəl bu hadisə haqqında danışıb və faciənin yalnız bir xalqın yox, bütün dünyanın üzüntüsü olduğunu bildirib. Vitse-prezident Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil bütün xalqların övladları olduğunu bildirib. Hər birimizin öncə insan olduğunu və məqsədimizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayıb.
Sonda Tahir Gözəl bəşəriyyətə sülh və müharibədən uzaq bir həyat arzuladığını bildirib.