Siyəzən rayonunda zəlzələ baş verib.
Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, yerli vaxtla saat 07:45:27-də Altıağacdan 24 km şimal-şərqdə Siyəzən rayonu ərazisində zəlzələ olub.
Maqnitudası 3,5 zəlzələnin episentri yerin 46 kilometr dərinliyində olub. Yeraltı təkanlar hiss olunmayıb.
Samir