7 Aprel 2017 13:56
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sakinlər sahibsiz heyvanlarla bağlı idarəyə şikayət etdikdə, əməkdaşlarımız həmin əraziyə baş çəkirlər”.

Bu sözləri Teleqraf.com-a Bakı Şəhər İcra Hakimiyyəti Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəhbəri Eldəniz Məmmədov deyib:

“Sahibsiz itlərlə bağlı müraciətlər olan kimi dərhal işçilərimizi göndəririk. Həmin itləri yığıb, Balaxanıdakı saxlanma yerinə gətiririk. Gətirilən heyvanlar müayinədən keçirilir və yemlənir”.

Eldəniz Məmmədov paytaxt ərazilərində sahibsiz itlərin çoxaldığını bildirib: “Bizim vəzifəmiz ərazilər üzrə yoxlamalar zamanı sahibsiz itləri götürməkdir. Onların öldürülməsinə icazə verilmir”.

Son günlər Bakıda 8 nəfərin sahibsiz itlərin hücumuna məruz qaldığı barədə məlumat yayılıb. Paytaxtın ayrı-ayrı ərazilərində sahibsiz itlərin çoxaldığı müşahidə olunur.

Şəfiqə


Müəllif:

Oxşar xəbərlər