21 Aprel 2017 14:23
2 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsxana həyatı yaşayan Sergey Strilayevin sevgi hekayəsi hər kəsin diqqətini çəkib.

Teleqraf.com xəbər verir ki, ömürlük həbs cəzasına məhkum edilən gənc həbsxanada ailə həyatı qurub. ARB TV-də yayımlanan "Rezonans" verilişi artıq bir övlad sahibi olan cütlüyün həyat hekayəsindən bəhs edib. Sergey Strilayev bildirib ki, xanımı onun ömürlük həbsdə qalcağını bilə-bilə ona ərə gəlib.

Bir övladlarının olduğunu söyləyən Sergey Strilayev onu üzünü 3 aydan bir gördüyünü çox darıxdığını bildirib.

Qeyd edək ki, Sergey Strilayev həbsxanada yeni yazdığı kitabın təqdimatını da edib.

Məlumat üçün bildirək ki, o, iki qonşusunun qətlində günahlandırılaraq, ömürlük həbs cəzasına məhkum edilib. Bu hadisə 1997-ci ildə baş verib. O vaxtdan Strelyayev gücünü qələminə verib. Ötən 20 il ərzində 5 şeirlər külliyyatı, həmmüəllifliyi ilə qəzet, jurnal və internet saytlarında onlarla seçilmiş əsəri dərc olunur. Şeirləri təkcə Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda da müsbət əks-səda doğurub.

2006-cı ildə Strelyayevin "Qışqıran ürən” adlı ilk, 2007-ci ildə "Tale yamacında” adlı növbəti kitabı çap olunub. Onun yaradıcılığı Yazıçılar Birliyi tərəfindən gənc və istedadlı şairin dünyaya gəlişi kimi qeyd edilib. 2008-ci il mayın 16-da Qobustanda iki kitabın təqdimatı keçirilib. Tədbirdən yerli telekanallarla yanaşı, "Yeni Azərbaycan” və "Xalq qəzeti” də yazır, "Literaturnıy Azerbaydjan” jurnalında onun şeirləri dərc olunub.

Strelyayevin əsərlərinin Rusiya, Ukrayna, Moldova, Polşa, Almaniya və İsraildə böyük tələbata malik olduğu bildirilir. Yazıçılar Birliyinin üzvləri isə onun şeirlərinin Sergey Yeseninin poeziyasını xatırlatdığını bildirirlər.


Müəllif:

Oxşar xəbərlər