DİM-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, test tapşırıqları qəbul proqramlarına uyğundur:
“Qəbul imtahanlarında istifadə olunmuş bütün test tapşırıqları orta ümumtəhsil məktəblərində istifadədə olan dərsliklərə və DİM- in qəbul proqramlarına tam uyğundur”.
Qeyd edək ki, bu ilki ali məktəblərə qəbulla bağlı yeniliklərdən biri imtahanların tədris ili bitməmiş keçirilməsi olub. İmtahandan sonra ekspertlər iddia ediblər ki, test sualları arasında hələ tədris olunmamış dərslərə aid suallar da olub. Beləliklə, bütün suallara cavab verib maksimum bal toplayan abituriyentlərin bu zirvəyə repetitor hesabına yüksəldikləri fikri yaranıb.
İlhamə ƏBÜLFƏT