18 İyul 2017 17:36
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin ləğv olunması və nazirliyin rəhbərliyinin istefası ilə bağlı məlumatlar düzgün deyil.

Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.

Məlumatda bildirilib ki, yayılan məlumatın heç bir əsası yoxdur: “Məlumatlar həqiqətə uyğun deyil”.

FHN-dən qeyd edilib ki, KİV nümayəndələrini nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaysınlar.

Qeyd edək ki, bu gün bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı məlumatlar yayılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər