E vitamini ilə zəngin qidalar katarakt riskini azaldır.
Teleqraf.com xəbər verir ki, ispanaq, brokkoli, qabıqlı yemiş kimi E vitamini baxımından zənqin qidalar istehlak etmək katarakt riskini 27 faizə gədər azaldır.
Çingdao Universiteti alimləri 250 min könüllüyə tətbiq etdiklәri sınaqdan müsbət nəticə əldə ediblər.
Soya, qabıqlı yemişlər, quru paxla, toxumlar, ispanaq kimi tərəvəzlərdə və avokado, günəbaxan, qarğıdalı yağı kimi qidalar E vitamini ilə zəngindir.
Qeyd edək ki, Katarakt, göz linzasınınn şəffaflığının itməsi və görmənin azalması ilə nəticələnən göz xәstәliyidir.