Nazirlər Kabineti tərəfindən 8 saylı tam orta məktəbdən Azərbaycan SSR məktəbinin əməkdar müəllimi A.S.Loginovun adı alınaraq, kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş general-leytenant Kərim Kərimovun adının verilməsi barədə verilən qərarı hələ də icra edilməyib.
Teleqraf.com xəbər verir ki, məktəbin girişində Loginovun adı yazılmış lövhə hələ də dəyişdirilməyib. Məsələ ilə bağlı adı çəkilən məktəblə əlaqə saxladıq.
Bakı şəhər 8 saylı orta məktəbdən adının çəkilməsini istəməyən şəxs bildirdi ki, məktəbə general-leytenant Kərim Kərimovun adının verilməsi qərarı hələ bir aydır verilib:
“Qərar veriləndən bir ay müddətinə işlər tamamlanmalıdı. Bir ay isə hələ tamam olmayıb”.
Qeyd edək ki, bu ilin sentyabr ayında Nazirlər Kabinetinin qərarı ilə 8 saylı tam orta məktəbdən Azərbaycan SSR məktəbinin Əməkdar müəllimi A.S.Loginovun adı alınaraq, təhsil ocağına kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş general-leytenant Kərim Kərimovun adı verilib. Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.