Milli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli Avropa Azərbaycanlılarının Qarabağ Forumunda iştirak etmək üçün sabah Belçikanın paytaxtı Brüsselə yola düşəcək.
Teleqraf.com xəbər verir ki, toplantıda Türkiyə, Moldova, Gürcüstan, İraq və bir sıra Avropa ölkələrinin parlamentariləri iştirak edəcəklər.
Forumda Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, həlli istiqamətində Ermənistanın törətdiyi maneələr barədə məlumat veriləcək, Xocalı soyqırımının tanıdılmasında Avropadakı Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət planı ilə bağlı müzakirələr aparılacaq.