1 Dekabr 2017 16:14
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) ilə Milli Antidopinq Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Teleqraf.com xəbər verir ki, sənədi DGK sədri Aydın Əliyev və Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli imzalayıblar.

Aydın Əliyev bildirib ki, tərəflər bu sənəd üzərində bir neçə ay çalışıb: "Bilirik ki, Azərbaycan idman ölkəsidir və ölkə rəhbərliyi tərəfindən idmana xüsusi diqqət və qayğı göstərilir. Bu gün idmançılar tərəfindən dopinqin qəbul olunması gündəmdə olan məsələlərdəndir. Bunu nəzərə alaraq, biz Milli Antidopinq Agentliyi ilə Anlaşma Memorandumu imzaladıq".

Onun sözlərinə görə, memoranduma əsasən tərəflər bu istiqamətdə sıx əməkdaşlıq edəcəklər: "Əməkdaşlıq üç istiqaməti əhatə edir. Birincisi, biz vaxtaşırı olaraq işçi qrupları çərçivəsində görüşlər keçirəcəyik. İkincisi, biz məlumat mübadiləsi aparacağıq. DGK bunu öz üzərinə götürüb. Bilirsiniz ki, qadağan olunmamış dopinqlər istifadə olunur. Yəni kommersiya sirri olmayan məsələlər barədə məlumat mübadiləsi aparılacaq. Üçüncüsü, bu sahədə dünya üzrə olan yeniliklər barədə DGK əməkdaşları üçün treninqlər təşkil edəcək. Hesab edirəm ki, bu əməkdaşlıq sayəsində idman ölkəsi olan Azərbaycanı beynəlxalq arenada təmsil edən idmançıların nəticələri daha da yaxşılaşacaq"./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər