Bədənimiz üçün lazımlı və zəruri olan qida elementlərindən balanslı istifadə etmək də lazımdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu qida elementləri arasında karbohidrat, yağ, zülal, vitamin və minerallar xüsusi fərqlənir. Bütün qida maddələri sağlamlıq baxımından əhəmiyyətli olsa da, zülalın bədənimiz baxımından əlavə əhəmiyyəti var. İmmunitet sisteminə faydası olan zülalın həm də bədən gözəlliyinə təsirlidir. Zülal qaynaqlarından biri olan yumurta isə toxuma və orqanların inkişafına kömək edir.
Bəzi insanlar yumurta yeməkdən çəkinir və onu zərərli hesab edirlər. Bunu nəzərə almaq lazımdır ki, yumurtanın tərkibində olan yağ çox olmadığından A, D, B12 vitamini üçün uyğun hesab olunur.
Qanda olan xolesterinin səviyyəsini aşağı salmaq üçün yumurtadan qaçmaq yerinə, yağlı yeməklərdən çəkinmək lazımdır. Yumurtanın ağında yağ yoxdur. Onu bişmiş şəkildə yemək isə faydalıdır.
Onuda qeyd etmək lazımdır ki, yumurta heyvani proteinə aid edilir. Bu qida növü qırmızı ət, balıq, toyuq kimi yüksək keyfiyyətli proteinə malikdir.
Bioloji dəyəri yüksəkdir və xüsusilə uşaqlara və böyümə çağındakı gənclərə çox faydalıdır. 2-2,5 yumurta, 100 g ətin dəyərindədir.
Bir ədəd yumurtada 80 kalori vardır və bunun 80% sarısındadır.
Naharda yumurta yemək kilo verməyə də köməkçi olur. Bəzi insanlarda yumurta allergiya edir və qaraciyərə təsir edir.
Qaraciyəri və öd yolları narahat olanlar və alergiysı olanlar yumurtadan çox istifadə etməməlidir.