Keçən il rəhmətə gedən bibim, dünən vəfat edən isə doğma anamdır.
Bu sözləri Teleqraf.com-a xalq artisti Mələkxanım Əyyubova iki il ard-arda anasının rəhmətə getməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib.
Qeyd edək ki, müğənni-bəstəkar Ramal İsrafilov sosial şəbəkədə nənəsinin - xalq artisti Mələkxanım Əyyubovanın anası Gülsüm xanımın vəfatı barədə məlumat yayıb. O, nənəsi ilə olan fotosunu paylaşıb: “Gözəl nənəm, Allah sənə rəhmət etsin. Məkanın cənnət olsun”.
Xatırladaq ki, Ramal Mələkxanım Əyyubovanın qardaşı oğludur.