Zülal mənbəyi olan yumurta refleksləri sürətləndirir, beyni gücləndirir.
Teleqraf.com xəbər verir ki, alimlərin araşdırmasında tədqiqata cəlb olunan insanların televiziya qarşısında reflekslərinin sürəti izlənilib.
İştirakçılardan ekranda yaşıl ox gördükdə mümkün qədər sürətlə düyməni basmaları, qırmızı ox gördükdə isə reaksiya verməmələri istənilib. İlk mərhələdə iştirakçılara müxtəlif içkilər də təqdim edilib. Tərkibində tirozin maddəsi olan qida və içkilərdən istifadə edənlərdə reflekslər daha sürətli olub.
Alimlər bu cür qidalardan istifadə edən adamlarda reflekslərin gücləndiyi, depressiya hallarının azaldığını bildiriblər.
Tirozin yumurta və soyandan başqa parmesan pendiri və badamın da tərkibində var.