Bu “sözlər” 2004-cü və 2014-cü illərdə Nəsimi adına Dilçilik İnstitutu tərəfindən nəşr edilən “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndəndir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri şair Salam Sarvan Dilçilik İnstitutu tərəfindən nəşr edilən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” ilə bağlı fikirlərini qeyd edərkən yazıb.
O, diqqəti yeni yaranan sözlərə və söz yazılşılarına yox, lüğətdə yer almış bəzi gərəksiz sözlərə yönəldib:
“Ağacgəmirmə, arvadoğlu, asfaltsifət, ağızdanolma, bəstiqoyma, butulkaboğaz, buynuzaməxsus, cordanabənzərlər, cırrıtgetmə, cəmdəkyemə, çəngəlvarılıq, dodaqaltıazaylanma, donuzbala, çoşqabala, əndə-məndə, əngəbəngə, əsəbiyyəçi, əzginiş, fısafısetmə, fahişəolma, fisqü-ficurluq, gəzmələrdənolma, göbəkyazma, konfranszəng, lortçulökdodaq, milliləşdirmənigötürmə...
Sayı 40000-dən artıq olan bu biabırçı “sözlərin” bu günə qədər hörmətli dilçilərimizin və onların havadarlarının nəzər-diqqətini cəlb eləməməsi ciddi sual doğurur. Dilimizi təhqir edən bu “sözlər”in lüğətlərdə yer almasına məsuliyyət daşıyan dilçilərimiz, ilk əvvəl, qoy bu suala cavab versinlər”.