23 Fevral 2018 20:35
3 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsində tarixi hadisələrlə bağlı məlumatlandırma üzrə ixtisaslaşan səhifələrdən biri Nadir şah Əfşarın oğlu Mustafa Əlimirzə xanın Vyanadakı evinin fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, foto ilə bağlı yazılan məlumatlandırıcı yazıda Nadir şahın Hindistan səfərindən qayıdandan sonra öldürüldüyü və yerinə keçən Adil şahın sələfinin övladlarını öldürməyə başladığı qeyd olunur:

“Əlimirzə xan bu qırğından qurtula bilir və uşaq vaxtında 4 nəfər qulluqçu tərəfindən İstanbula qaçırılır. Oradan Belqradın Zemun (almanca Semlin) qəsəbəsinə aparılır. Həmin qəsəbə o vaxtlar Avstriya-Macarıstan imperiyasının tərkibində idi. Bir müddət sonra o Hofkriegsrata (imperiyanın Müharibə Nazirliyi) təqdim olunur və əsilzadə nəsəbi yoxlanıldıqdan sonra imperatriçə Mariya Tereza tərəfindən xaç suyuna salınır. Onun yeni adı İohann Yozef, titulu Semlin baronu olur. Təlim və tərbiyəsi çex qraf İohann Karl von Çotekə tapşırılır.

İohann Yozef von Semlin 1757-1758-ci illərdə Breslau və Xoxkirke döyüşlərində Prussiyaya qarşı savaşır və yaralanıb əsir düşür. Əsirlik vaxtı Prussiya kralı Böyük II Fridrixlə tanış olur və onu bəyənən kral Avstriyaya geri göndərir. Daha sonra mayor rütbəsi də alır”.

Qeyd edilir ki, İohann Yozef von Semlin 1824-cü ildə 100 yaşında vəfat edir. Həyat yoldaşı xristian olmuş Osmanlı türkü Roza von Semlin idi. Övladları Cahaya və Yozef von Semlin hər ikisi ondan əvvəl – 1821-ci ildə vəfat edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər