Axşam saatlarında yeməkdən uzaq durmağın faydasını bilirik, bəzi qidaları isə yemək qətiyyən olmaz.
Teleqraf.com həmin qida tərkiblərinin siyahısını təqdim edir:
Kalorisi çox olan makaron sürətlə kökəlmə yaradır.
Tərkibində yağ olan keçi pendiri mədədə yanmaya və yuxusuzluğa səbəb olur. Keçi pendiri gecə yeyildiyi zaman səhər möhkəm ac oyanmanıza gətirər, bu isə tədricən kökəlmə ilə nəticələnir.
Mədə ağrısı verən və yuxu rejimini pozan qidalar arasında acı bibərin öz yeri var. Salatlarda tez-tez istifadə edilən kahı isə gecə boyu köp problemi yaradır.
Gecə saatlarında bitter şokolad yeyilərsə, bu, bol kaloriyə və qarın nahiyəsində piylənməyə səbəb ola bilər.