20 İyul 2018 16:25
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

"BakuBus"istifadəsində olan marşrutlarda avtobusların gecikməsinə səbəb olan amillər media nümayəndələrinin diqqətinə çatdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu "BakuBus" MMC-nin direktor müavini Azər Qasımov bildirib. Onun sözlərinə görə, şəhər mərkəzində qeyri-qanuni prakovkalar avtobusların hərəkətinə mane olur:

"Bu prosesdə avtobus sürücüləri günahkar deyil. şəhərin bəzi küçələrində pik saatlard tıxaclar olur. Avtobusların inteevalları da gecikir. Biz də iatəmərik ki, avtobuslar dayanacaqlara cüt-cüt gəlsinlər. Bu baxımdan aərnişimlərin də bizi başa düşməsini istərdik"

O bildirib ki, Tıxaclarla yanaşı taksi sürücüləri də fəaliyyətə mane olur:

"Bəzi hallarda isə avtobus dayanacaqları üçün ayrılan yerlərdə taksi sürücülərinin dayanması avtobuslara dayanacağa girməyə mane olur. Bu həm sərnişinlərin yol ortasında düşməsinə səbəb olur ki, bu təhlükəlidir. Həm də a dayanacaqlararası intervallarda gecikməyə səbəb olur. bu problemlərin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi də tədbirlər görəcəyini deyib"


Müəllif: Könül

Oxşar xəbərlər