31 İyul 2018 20:32
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda sədr Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.

Məcburi köçkünlərin çoxsaylı müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status məsələlələri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Bakı şəhərində müvəqqəti məskunlaşan və mənzil məsələsi ilə bağlı müraciət edən məcburi köçkünlərə bildirilib ki, hazırda ən qəzalı binalarda və ən ağır şəraitdə yaşayanlar yeni mənzillərə köçürülür. Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır.

Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib, qeydə alınan müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər