21 Avqust 2014 17:22
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

“SOCAR Türkiyə” şirkətinin baş direktoru Kənan Yavuz Ankarada müalicə olunan Azərbaycan hərbçilərini ziyarət edib.

Teleqraf.com Dövlət Neft Şirkətinə istinadla verdiyi məlumata görə, “SOCAR Türkiyə” şirkətinin baş direktoru Kənan Yavuz cəbhə xəttində atəşkəsin pozulması zamanı yaralanmış Azərbaycan əsgərlərinin müalicə olunduqları Ankara Atatürk Təhsil və Araşdırma Xəstəxanasına baş çəkib, onların müalicəsi ilə maraqlanıb.

Xəstəxananın baş həkimi Dr. Murat Akçay və baş cərrah Dr. Mehmet Kılıç məlumat veriblər ki, Vətəni düşməndən qorumaq üçün fədakarlıq göstərmiş Ədalət Məmmədov, Sərxan Tahirzadə və Elvin Əsgərovun vəziyyəti getdikcə yaxşılaşır və onlar tezliklə sağlamlıqlarına qovuşacaqlar.

Kənan Yavuz azərbaycanlı qazilərin şəfa tapmaları üçün yaradılmış şəraitə görə xəstəxana rəhbərliyinə və həkimlərə təşəkkürünü bildirmişdir. Əsgərlərin yaxınları da göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər. Azərbaycan Silahlı Qüvvələrinin yaralı hərbçiləri ilə görüşdən sonra “SOCAR Türkiyə” şirkətinin baş direktoru Kənan Yavuz ''İki dövlət, bir millət'' olaraq, Azərbaycan və Türkiyənin Qarabağ problemini birlikdə həll edəcəyinə, tezliklə ədalətin öz yerini tapacağına, işğal altındakı Azərbaycan torpaqlarının azad olunacağına əminliyini ifadə edib.















Müəllif:

Oxşar xəbərlər