13 Oktyabr 2018 17:05
4 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Depressiya affektiv hal olub mənfi emosional fonla, motivasiya sferasının dəyişməsi ilə xarakterizə olunur. Son zamanlar gənclər arasında bu xəstəlik geniş yayılıb.

Teleqraf.com xəbər verir ki, bunu psixoloq Vəfa Əkbər deyib.

Hər bir şəxsin bu vəziyyətlə qarşılaşa biləcəyini deyən psixoloq qeyd edib ki, depressiyadan çıxa bilmək üçün ilk növbədə onun nədən yarandığını bilmək lazımdır. Bunu bildikdə depressiyadan çıxmaq daha asan olur:

“Mütləq psixoloqlara müraciət etmək lazımdır. Müasir cəmiyyətdə yaşayırıq, dövrümüzün insanları isə öz problemlərini həll etməyə heç olmasa cəhd etməlidirlər. Adətən, depressiyaya düşən bir çox pasiyentlər hospitalizasiya edilmir, sadəcə ambulator müalicə olunur. Bu zaman depressiyanın terapiyası müxtəlif istiqamətlərdə aparılır: farmakoterapiya, psixoterapiya, sosial terapiya və s.

Depressiyası olan insanların çoxuna professional psixoloq tərəfindən tətbiq olunan psixoloji məsləhətçiliklə kömək edilə bilər. Geriyə qalanlara isə dərman müalicəsi tətbiq olunur. Psixoloji məsləhətçilik, ya da psixoterapiya – birinin psixoloqa yaşantılarını danışması deməkdir. Bu müddət ərzində psixoloq onun əlaqələrində, düşüncələrində, davranışlarında depressiyaya gətirib çıxaran problemləri ortaya çıxarmasına və bu sahələrdə dəyişmələr etməsinə köməkçi olar”.

Vəfa Əkbər qeyd edib ki, depressiyanı azaltmaq üçün evdə dazıtou otunun dəmləməsindən istifadə etmək tövsiyə olunur: “Gənclərdə baş verən nevroz halları və depressiya zamanı sedativ çayı və nevronat siropundan istifadə edilir. Bu, ürək döyüntülərini normallaşdırır və sinir oyanıqlığını aradan götürür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər