Bakıda piyada zolağının qarşısı dəmir məhəccərlərlə hasara alınıb. Nəticədə piyada zolağından istifadə edən vətəndaşlar ya məcbur qalıb məhəccərlərin üzərindən tullanmalı olur, ya da ki, yolun hərəkət hissəsindən keçirlər. Nəticədə də onların həytı üçün təhlükə yaranır.
Söhbət Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindən gedir. Bu ərazidən keçən vətəndaşlar piyada zolağından istifadə etməkdə çətinlik çəkirlər. Səbəb isə piyada zolağının düz qarşısında dəmir məhəccərlərin quraşdırılmasıdır.
Araşdırmamız zamanı məlum oldu ki, ərazinin dəmir məhəccərlərlə hasara alınmasını Bakı Nəqliyyat Agentliyinin əməkdaşları həyata keçiriblər. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, əraziyə yenidən baxış keçiriləcək və problem tezliklə həll olunacaq.