28 Avqust 2014 12:52
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan – İslam mədəniyyətinin incisi” kitabı nəşr olunub.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, ölkə ərazisindəki məscidlər haqqında ensiklopedik bilikləri əhatə edən və bu sahədə ilk əsər sayıla biləcək kitab 300-dən artıq məscid haqqında geniş məlumatları əhatə edir.

İdeyası Azərbaycan Prezident İlham Əliyevin Şamaxı Cümə məscidinin açılışında qeyd etdiyi “Biz bütün məscidlərimizi bərpa edəcəyik” ifadəsindən qaynaqlanaraq oxucuya təqdim olunan bu əsər DQİDK-nın aparıcı mütəxəssiləri ilə yanaşı peşəkar tarixçi, tədqiqatçı, ekspert, fotoqraf və tərcüməçilərdən ibarət geniş bir heyətin gərgin əməyi nəticəsində ərsəyə gəlib.

Kitabın xarici auditoriya üçün tərtibatı, beynəlxalq ictimaiyyətə çatdırılması və nəfis şəkildə nəşri işini Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu həyata keçirib.

Qeyd edək ki, üç dildə (Azərbaycan, ingilis və ərəb) nəşrə olunan kitab həm Azərbaycan, həm də xarici oxuculara Azərbaycan məscid mədəniyyəti haqqında dolğun məlumat verəcək, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində faydalı olacaqdır.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər