Teleqraf.com dünyanın məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Dəvət aldığınız toplantıya qatılın. Başladığınız işləri yarımçıq qoymayın. Düşünülmüş qərarlar uğur vəd edir. Çalışdığınız kollektivdə həmkarlarla münasibətləri korlamayın, rəhbərliklə mübahisə etməyin.
Günün ikinci yarısında çətinliyi dəf etməmiş qələbəni bayram etməyin. Yaşananları anlamağa çalışın, olayların kölgə ünsürlərini araşdırın. Ailə üzvləri ilə münasibətlərdə heç bir problem yoxdur. Problemin ümumi həll yollarını nəzərdən keçirin.
Axşam saatlarında söhbət əsnasında sayıq və sərvaxt davranın.
Buğa - Qənaətli, sayıq olun. Maraqlarınızı başqalarının problemlərin həllinə qurban verməyin. Yaxınlarınızı, dəyər verdiyiniz insanları düşünün. Bəzi qohumlarla fikir ayrılıqları yarana bilər. Münasibətlərdə ixtilafların təşəkkül tapmasına rəvac verməyin.
Günün ikinci yarısında mübahisələri çözməyin alternativ yolları var. Yaxın ətrafınızdakı insanlarla əlaqələri kəsmək istəmirsinizsə, aqressiv davranmayın. Yalan danışmayın. Münasibətlərdəki problemlərin müzakirəsi üçün əlverişli vaxt deyil.
Axşam saatlarında stressdən qurtulmaq üçün evdən kənarda istirahət edin.
Əkizlər - Emosiyaların köləsinə çevrilməyin. Hadisələrin məcrasını təxminləmək mümkün deyil. Fəaliyyət planının standart axarına riayət etmək, çərçivədən kənara çıxmamaq mümkün deyil. Başqalarının mübahisəsinə qatılmayın.
Günün ikinci yarısında neqativ hisslərin təsiri altında etibar etdiyiniz insanı özünüzdən kənarlaşdırmayın. Mövqelərinizin səhih, fikirlərinizin dürüst olduğuna kimsəni inandırmağa can atmayın.
Rasional və soyuqqanlı olun.
Xərçəng - Günün ilk yarısından etibarən işlərin sayı artacaq. Onların bir qismi maraqlıdır. Amma maliyyə məsələləri ilə bağlı problemlər istisna deyil. Xərclərin sayını azaldın. İfrata varmayın, proseslərə nəzarət edin.
Yaxınlarınızdan bəziləri ilə münaqişəniz varsa, günün ikinci yarısında onun fəsadlarını aradan qaldıra bilərsiniz. Təmasları normallaşdırın. Axşam saatlarında romantik görüş istisna deyil. Lakin sayıq olun, mümkün problemləri aşkarlamağı bacarın.
Şir - Bütün problemləri köhnə metodlarla çözməyə üstünlük versəniz, yanlış istiqamətdə olacaqsınız. Psixoloji müdafiəyə, təhlükəsizlik hissinə ehtiyacınız var. Ailə üzvləri ilə dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın.
Günün ikinci yarısında hadisələrin məhvərini, olayların hərəkətverici qüvvəsini anlamağa çalışın. Hissiyyatınız güclənəcək. Hətta telepatik imkanlara malik olduğunuzu hiss edəcəksiniz.
Ailə üzvlərinin qayğısına qalın. Yeni problemin formalaşmağa başladığını intuitiv olaraq duyun.
Axşam saatlarında stressdən qurtulmağınıza musiqi yardım edəcək.
Qız - Eyni problemi müxtəlif yollarla həll etmək olar. Aqressiv və sərt davranış modelini seçməyin. Belədə maneələrlə sədlərin dəf edilməsinə çox vaxt gedəcək. Qısamüddətli stress istisna deyil.
Günün ikinci yarısında çevik taktika anlaşılmazlığı aradan qaldırmağa və kompromis varianta nail olmağa imkan verəcək. Yeni yol aramaq imkanlarından bəhrələnin. Texniki variantların həlli üçün sınanmış vasitələrə üstünlük verin. Şəxsi münasibətlərdə müdrik olun, əlverişli taktikanı seçin.
Dostlarla və yaxınlarla münasibətlərdə qaba insan təsiri bağışlamayın.
Tərəzi - Günün ilk yarısı asan dövr deyil. Ziddiyyətlər və anlaşılmazlıqlar aşkar qarşıdurmaya çevrilə bilər. Bir neçə nəfərin qatılacağı münaqişə istisna deyil.
Sizdə narahatlıq hissi yaradan problemlərin müzakirəsindən yayınmayın.
Günün ikinci yarısında şəriklər və müttəfiqlərlə təmaslar nə qədər aktiv olarsa, işlərdə irəliləyişlər bir o qədər sürətlənəcək.
Çətin situasiyaları qulaqardına vuraraq sanki heç nə olmamış kimi davranmayın. Problemi dərhal həll edin. Əks təqdirdə yaşamınızdakı bu maneə sizinlə yanaşı, yaxınlarınıza da başağrıları vəd edir.
Əqrəb - Nigaranlıq və narahatlıq nə qədər paradoksal olsa da, xeyrinizədir. Güclü hisslər, tarıma çəkilmiş əsəblər sizin üçün əlavə stimullara çevrilə bilər. Əksliklərin vəhdətindən istifadə edin.
Günün ikinci yarısında mövqelərinizdən geri çəkilməyin. Kiməsə nəyisə sübut etməyə çalışmayın. Yeni istiqamətdə sıçrayış üçün pis zaman deyil.
Dəyişikliklərə, islahatlara, yeniliklərə başlamaq olar. Bilik və bacarıqlarınızı artırın. Passiv olmayın.
Oxatan - Günün ilk yarısında psixoloji və mənəvi dəstəyə ehtiyacınız var. Problemlərin sayı artarsa, təşvişə qapılmayın. Emosiyalarınıza hakim olun. Yardıma bel bağlamayın.
Günün ikinci yarısında şirnikləndirici təkliflərə aldanmayın. Düşünülmüş addımlar atın. Riskli oyunlara qatılmayın, avantüraların iştirakçısı olmayın.
Axşam saatlarında səhhətinizin qeydinə qalın. İfrat yorğunluq çox təhlükəlidir.
Oğlaq - Günün ilk yarısında baş verəcək hadisələri əvvəlcədən təxminləmək, onlara hazırlaşmaq mümkün deyil. Hər şey qəflətən yaşanacaq. Kəmhövsələ olmayın, emosiyalara qapılmayın. Təmkinli və soyuqqanlı davranın.
Günün ikinci yarısında olayların ümumi məcrasını təsəvvür edin. İntuisiyanızı işə salın, təcrübənizdən yararlanın. Ailə üzvləri və yaxınlarınızla münasibətlərdə tələsik qərar verməyin. Anlamlı olun, onların tələblərini dərk elin.
Axşam saatlarını sizə əziz insanlarla keçirin.
Dolça - Asan ünsiyyət qurmağa can atın, təmasları çətinləşdirməyin. Konformist insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı adamların istək və arzularını qulaqardına vurmayın. Yaradıcılıqla məşğul olmaq üçün pis zaman deyil.
Bir müddət sonra dostunuza çevrilə biləcək insanla tanış ola bilərsiniz.
Günün ikinci yarısında tanışlar və dostlarla təmaslarınızda məntiqli davranın. Laqeyd, eqoist olmayın. Axşam saatlarında səhhətinizin qayğısına qalın. Mütləq gəzintiyə çıxın.
Balıqlar - Günün ilk yarısı uğurlu olacaq. Yaxın ətrafınızdakı insanlardan fərqli olaraq bir sıra problemləri uğurla, qısa zamanda həll edə bilərsiniz. Çətin situasiyalarda ekstravaqant addımlar atın, alternativ variantlardan yararlanın.
Günün ikinci yarısında tərəfdaş və şəriklərlə daha aktiv ünsiyyətdə olun. Duruma təsir imkanlarından yararlanaraq irəliləyişə nail olun.
Axşam saatlarında normal istirahət edin.
Milli.Az