Türkiyənin tanınmış iş adamlarından biri olan Talat Sam oğlunun toyunda qonaqlara qızıl paylayıb.
Teleqraf.com xəbər verir ki, iş adamı Səudiyyə Ərəbistanından olan şeyx dostunun göndərdiyi 250 qramlıq qızılı toy tortunda qonaqlara hədiyyə kimi paylayıb.
Talat Sam şeyxin bu jestindən təsirləndiyini deyərək ona təşəkkürünü bildirib:
"Qonaqlar tortun üstündəki qızılı görüb təəccüblənsələr də dadını bəyəndiklərini deyiblər."
Uğur