Azərbaycan Respublikası Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Marş İrəli” layihəsi həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, sözügedən layihə ikinci dəfədir icra olunur.
Goranboyda layihənin açılış mərasimi “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “İrəli” İB işçi heyəti, layihə iştirakçıları Goranboy şəhərində Şəhidlər xiyabanı, Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında Heydər Əliyevin heykəlini ziyarət etməklə başlayıb.
Tədbirdə Mirhəsən Seyidov,Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Aprel qaziləri, veteranlar iştirak edib.
Layihənin ilk günü iştirakçıların bir-birinə uyğunlaşması üçün komanda quruculuğu ilə bağlı praktiki sessiya keçirilib. Layihə Qarabağ həqiqətləri mövzusunda ictimai müzakirə ilə davam edib.
“İrəli”nin təşəbbüsü ilə 10 günə yaxın müddət ərzində keçiriləcək layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş arasında 150-yə yaxın respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçilən gənclər iştirak edir.