"2019-cu ilin birinci yarımilində Hərbi Prokurorluğun xidməti fəaliyyətlərində fərqlənmiş 30 əməkdaş həvəsləndirilib, 12 əməkdaş müxtəlif medallarla təltif olunub".
Teleqraf.com xəbər verir ki, əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
Müşavirədə hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub, vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri pozuntulara görə hərbi prokurorluğun 5 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.