16 Sentyabr 2014 16:59
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1925-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilə nərdivan vasitəsilə qalxaraq eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb.

O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

İlhamə


Müəllif: